Azərbaycan millisinin üzvü Özbəkistanda üçüncü yeri tutdu
Azərbaycanın stolüstü tennisçisi Mehin Mirzəbalayeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "WTT Youth Contender" turnirində uğurlu nəticə göstərib.
"Mediasport" xəbər verir ki, U-13 kateqoriyasında yarışan təmsilçimiz bürünc medal qazanıb.
Sabah 11 və 15 yaşadək stolüstü tennisçilərin mübarizəsi baş tutacaq.
Azərbaycan yarışa 11 idmançı ilə qatılıb.
