Stolüstü tennisçilərimizdən beynəlxalq turnirdə 5 medal

Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində yeniyetmələr arasında keçirilən "WTT Youth Contender" beynəlxalq turnirində 5 medal qazanıblar.
Stolüstü Tennis Federasiyasından "Mediasport"a verilən məlumata görə, 11 yaşadək idmançıların mübarizəsində Mehin Mirzəbalayeva bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib.
Əliəkbər Mirzəliyev eyni yaş qrupunda ikinci, Cəfər Almədədli üçüncü yeri tutub.
Qeyd edək ki, yarışın ilk günlərində M.Mirzəbalayeva ilə V.Babayev U-13 kateqoriyasında üçüncü yerə layiq görülmüşdü.