Bu dəfə oyunun ən yaxşısı seçilən futbolçuya quzu hədiyyə etdilər

Bu dəfə oyunun ən yaxşısı seçilən futbolçuya quzu hədiyyə etdilər

Futbol üzrə Norveç Yüksək Liqasında (Eliteserien) növbəti maraqlı hadisə yaşanıb.

"Mediasport" xəbər verir ki, 3-cü tur çərçivəsində keçirilmiş "Brüne" - "Högesunn" (3:1) qarşılaşmasının ən yaxşı oyunçusuna da qeyri-adi mükafat verilib.

Görüşün "ən"i seçilən meydan sahiblərinin 28 yaşlı müdafiəçisi Aksel Krügerə quzu hədiyyə olunub.

Bu, təsadüfi deyil. Norveçin qərbində yerləşən və təxminən 15 min əhalisi olan Brüne şəhərində insanların əsas məşğuliyyəti kənd təsərrüfatı, ət və süd istehsalıdır.

Xatırladaq ki, ötən ay da matçlarda ən yaxşısı seçilmiş bu komandanın futbolçuları yumurta və südlə mükafatlandırılıblar.

"Brüne" 16 komandalı elitada 3 turdan sonra 3 xalla 10-cu pillədə qərarlaşıb.