Baş məşqçinin əvəzləmək istədiyi futbolçu meydandan çıxmadı
Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən “Karvan-Yevlax” - “Kəpəz” oyunundan maraqlı hadisə yaşanıb.
“Mediasport” xəbər verir ki, Yevlax şəhər stadionunda davam edən qarşılaşmanın 26-cı dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Azər Həşimov Vüsal Məsimovu meydandan çıxarmaq istəsə də, buna etiraz edib.
Komanda yoldaşlarının da təkidinə baxmyaraq, kənarda gözləyən Əli Abdullayev meydana daxil ola bilməyib.
Qeyd edək ki, Məsimov hazırda 1:1 hesabı ilə davam edən qarşılaşmanın 20-ci dəqiqəsində sarı vərəqə alıb.
