Qumar şübhəsi ilə "Şamaxı"dan qovulan futbolçu Rusiya klubunda!

2024-cü ilin dekabrında Adil Nağıyevlə birlikdə "Şamaxı"dan uzaqlaşdırılan Giorgi Kantariya özünə yeni komanda tapıb.
Mediasport.com.az xəbər verir ki, 27 yaşlı gürcü Rusiya Birinci Liqasında mübarizə aparan “Sokol” klubuna keçib.
Saratov təmsilçisi futbolçu ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə bağlayıb.
Kantariya "Şamaxı"dan danışılmış oyunlarda iştirak etməkdə şübhəli bilindiyi üçün qovulmuşdu.
AFFA-nın Adil Nağıyevi məhz bu səbəbdən futboldan ömürlük uzaqlaşdırdığını xatırladaq.