“Qarabağ”ın futbolçusunun adı “EA Sports FC 26” oyununda yer aldı

“Qarabağ”ın futbolçusunun adı “EA Sports FC 26” oyununda yer aldı

“Qarabağ”ın futbolçusu Mateus Silva UEFA Çempionlar Liqasının son həftəsindəki çıxışı ilə seçilib.

"Mediasport" xəbər verir ki, braziliyalının adı “EA Sports FC 26” oyununda “Football Ultimate Team” rejimində “UEFA Prime Time” oyunçuları sırasında yer alıb.

Xatırladaq ki, Azərbaycan çempionu Liqa mərhələsinin 4-cü turunda Bakıda "Çelsi" ilə bərabərə qalıb - 2:2.