Prezidentin oğlundan "Traktor"un tarixi çempionluğuna reaksiya

Prezidentin oğlundan "Traktor"un tarixi çempionluğuna reaksiya

İran Prezidenti Məsud Pezeşkianın oğlu Mehdi Pezeşkian Təbrizin “Traktor” klubunu tarixi çempionluq münasibətilə təbrik edib.

"Mediasport" xəbər verir ki, dövlət başçısının oğlu sosial şəbəkə hesabında bununla bağlı post paylaşıb.

Mehdi Pezeşkian bunları yazıb:

“Bütün sadiq azarkeşləri, bu çətin və qeyri-bərabər yolda sükut və hay-küy içində həmişə komandanın arxasında olub “Yaşasın Traktor!” deyə qışqıranların hamısını təbrik edirəm.

Təcrübəli baş məşqçi, texniki heyət və cəsur oyunçulara xüsusi təşəkkürlər! Asiya Çempionatını qazanmaq ümidi ilə”.

Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi 55 illik tarixində ilk dəfə İran Pro Liqasının qalibi olub.