Qurban Qurbanov "Metallist"ə 4:5 hesablı məğlubiyyəti şərh etdi

“Çox yaxşı oyun alındı. Hər iki komanda iki heyəti oynatdı. Futbolçularımız hələ optimal formadan uzaqdırlar".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis Avstriyada keçirilən təlim-məşq toplanışında Ukraynanın "Metallist 1925" klubu ilə baş tutan yoxlama matçı haqda danışıb.
O, 4:5 hesablı məğlubiyyəti şərh edib:
"Rəqibin hazırlığı daha yaxşı görünürdü. Bizi daha sürətli oynamağa məcbur etdilər. Dinamik mübarizə oldu. Bu, onların üçüncü oyunu idi".
Qurban Qurbanov komandada həm yaxşı, həm də çatışmayan cəhətləri gördüyünü diqqətə çatdırıb:
"Yaxşı cəhət o oldu ki, 5 qol buraxmağımıza baxmayaraq, futbolçular sona kimi mübarizədən əl çəkmədilər. Artıq qarşıdakı matçlara hazırlaşacağıq. Oyun quruculuğunda çatışmazlığımız var. Bunu qaydasına salmağa çalışacağıq. Ümumilikdə komandamdan razı qaldım”.
Çalışdəırıcı Avstriya toplanışının geridə qalan dönəmi barədə də fikirlərini bölüşüb:
“Avstriyadakı ilk 5 günü yaxşı dəyərləndirirəm. Düzdür, futbolçularda biz az yorğunluq var idi, yüklənmə çox olmuşdu. Buna baxmayaraq, hamı həvəslə, məsuliyyətlə hazırlaşır. Bu oyunun nəticəsindən razı qalmasam da, proqramımızın gedişatından məmnunam”.