"Qalatasaray"ın futbolçularından Azərbaycan xalqına təbrik - VİDEO

Türkiyənin "Qalatasaray" klubu Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibəti ilə təbrik edib.
"Mediasport" xəbər verir ki, İstanbul təmsilçisi bununla əlaqəli maraqlı videoçarx hazırlayıb.
Qeyd edək ki, Türkiyənin "Beşiktaş", "Trabzonspor" və "Ankaragücü" klubları da Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təbrik postu paylaşıblar.