"Qarabağ" Avstriya klubu ilə üz-üzə

"Qarabağ" Avstriya klubu ilə üz-üzə

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün növbəti yoxlama oyununa çıxacaq.

"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli "Tirol" klubu ilə üz-üzə gələcək.

"In Gernot Langes" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xatırladaq ki, "atlılar" Bakıdakı yoxlama matçında "Zirə"ni məğlub edib - 4:3.