Premyer Liqada ən çox kobudluq edən komanda "Sabah" oldu

Premyer Liqada ən çox kobudluq edən komanda "Sabah" oldu

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə futbolçuları ən çox cəzalandırılan komandaların adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, mövsüm ərzində ən çox kobudluğa yol verən komanda "Sabah" olub (15.36 dəfə).

Ən çox qırmızı vərəqə "Araz-Naxçıvan" futbolçularına göstərilib (4 dəfə).

"Neftçi" isə futbolçuları daha çox birbaşa qırmızı vərəqə (3 dəfə) görən komanda ünvanına sahib çıxıb.

"Turan Tovuz" futbolçuları ən çox sarı vərəqə görən komanda olub. Qərb təmsilçisinin oyunçuları 77 dəfə rəsmi xəbərdarlıq alıblar.

"Kəpəz" və "Şamaxı"nın heç bir futbolçusuna birbaşa qırmızı vərəqə göstərilməyib.

Futbolçularına ən az sarı vərəqə göstərilən komanda "Qarabağ" olub. "Köhlən atlar"ın futbolçuları 53 dəfə cəzalanıb.

Mövsüm ərzində orta hesabla ən çox kobudluq edən futbolçu “Şamaxı”nın gürcü legioneri Giorgi Kantariyadır (2,61).

Ən çox qırmızı vərəqə görən futbolçu "Neftçi"nin yarımmüdafiəçisi Edvin Kuçdur. Monteneqrolu futbolçu 2 dəfə meydandan qovulub.

"Araz-Naxçıvan"ın braziliyalı yarımmüdafiçisi Vanderson Melo ən çox sarı vərəqə görən futbolçu olub. O, mövsüm ərzində 11 dəfə cəzalanıb.