"Qarabağ"ın oyunlarına çox zaman qurban deyib kəsdirirəm"

Millət vəkili Aqil Abbas ötən həftə verdiyi sözə əməl edərək qurbanlıq heyvan kəsdirib.
"Mediasport" xəbər verir ki, məlumatı Baku.ws-ə deputat özü açıqlayıb.
O bildirib ki, "Qarabağ"ın səfərdə "Ferensvaroş" üzərində qələbə qazanmasından sonra qurban kəsməklə bağlı verdiyi sözə əməl edib:
"Bəli, kəndimizdə qurban kəsdirdik və ətini ehtiyaclı insanlara payladıq. Açığı deyim ki, "Qarabağ"ın oyunlarına çox zaman qurban deyirəm və sonra kəsdirirəm.
"Qarabağ"dan növbəti oyunlarda da qələbə gözləyirəm və uğur qazanacağına əminəm".
Xatırladaq ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçı çərçivəsində Macarıstandan 3:1 hesablı qələbə ilə qayıdıb. Cavab oyunu avqustun 27-də Bakıda olacaq.