Məşhur "Marakana" stadionu borca və xərcə görə SATIŞA ÇIXARILDI
1948-ci ildə istismara verilmiş Braziliyanın məşhur "Marakana" stadionu satışa çıxarılır.
"Mediasport" xəbər verir ki, Rio de Janeyronun 79 minədək azarkeş tutumuna malik simvolunun satılması şəhər rəhbərliyi tərəfindən qərara alınıb.
Məqsəd arena xərclərindən qurtulmaq və bölgənin 2 milyard avroya yaxın borcunu ödəməkdir.
Rəsmi satış yaxın vaxtlarda elan ediləcək.
Xatırladaq ki, 77 il əvvəl inşa edilmiş stadionda Braziliya milli komandası ilə yanaşı, "Flamenqu" və "Fluminense" klubları ev oyunlarını keçirirlər.
