"Qurban Qurbanov "Qarabağ"ın uğurlarının əsas fiqurudur"

"Qurban Qurbanov "Qarabağ"ın uğurlarının əsas fiqurudur"

2013-2014-cü illərdə "Qəbələ"nin baş məşqçisi olmuş Yuri Syomin "Qarabağ" və Qurban Qurbanov haqda maraqlı fikirləri ilə diqqət çəkib.

"Mediasport" xəbər verir ki, tanınmış rusiyalı mütəxəssis Almaniyanın "Ayntraxrt" klubu ilə matçdan sonra Qurban Qurbanovun işinə heyran olduğunu deyib:

"Oyunu izlədim. Bütün Azərbaycan xalqını təbrik edirəm. Bu qələbə klub tarixi üçün mühüm məqamdır.

Futbolçular əla mübarizə apardılar. Qurban Qurbanov isə "Qarabağ"ın uğurlarının əsas fiqurudur".

Qeyd edək ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Ayntraxt"ı (Frankfurt) son saniyə qolu ilə məğlub edib (3:2).