"Zirə"nin legioneri Yevlax klubunda

 "Zirə"nin legioneri Yevlax klubunda

"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb.

"Mediasport" xəbər verir ki, aranlılar "Zirə"dən Abdul Azizlə gücləniblər.

20 yaşlı toqolu hücumçu bölgə klubunda icarədə oynayacaq.

Tərəflər arasında 6 aylıq müqavilə imzalanıb.