Dadaşov yeni klubunda bütün komanda yoldaşlarını qabaqladı

Dadaşov yeni klubunda bütün komanda yoldaşlarını qabaqladı

Bugünlərdə Polşanın "Radomyak" klubu ilə müqavilə bağlayan Azərbaycan millisinin futbolçusu Renat Dadaşov yeni komandasının diqqət mərkəzinə düşüb.

"Mediasport" xəbər verir ki, 25 yaşlı hücumçu Radom təmsilçisinin ən bahalı üzvü olub.

1,6 milyon avro dəyərində qiymətləndirilən forvard ümumilikdə Yüksək Liqa (Ekstraklassa) klubunun ən bahalı futbolçuları arasında birincidir.

Ümumi bazar dəyəri 11,1 milyon avro olan “Radomyak”ın heyətində Renatdan savay qiyməti 1 milyon avro olan oyunçu yoxdur.

Komandanın digər azərbaycanlı üzvü - Rahil Məmmədovun transfer dəyəri 300 min avro göstərilib.

Qeyd edək ki, Dadaşov polşalılarla uzatmaq şərti ilə mövsümün sonunadək müqavilə bağlayıb.