Ramil Əlizadədən gümüş medal
Azərbaycan üzgüçüsü Ramil Əlizadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
"Mediasport" xəbər verir ki, idmançımız 200 metr məsafəyə kəpənək üsulla üzmə yarışında 2.01.16 nəticə ilə 2-ci yeri tutub.
Beləliklə, Azərbaycan üzgüçülərinin İslamiadada qazandığı medalların sayı 3-ə çatıb.
Xatırladaq ki, daha əvvəl Süleyman İsmayılzadə 1500 metr məsafəyə sərbəst üsulla üzmədə, qadınlardan ibarət yığma komandamız isə 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışında bürünc mükafat əldə edib.
