Fatimə Alkərəmova Belarus yarışında bürünc medal qazandı
Azərbaycan milli komandasının üzvü Fatimə Alkərəmova Minsk şəhərində keçirilən Belarus Açıq Üzgüçülük Kubokunda uğurlu nəticə əldə edib.
"Mediasport" xəbər verir ki, təmsilçimiz yarışda bürünc medal qazanıb.
Qarışıq üsul ilə 400 metr məsafəni 5:11,93 vaxta qət edən Alkərəmova fəxri kürsünün 3-cü pilləsində yer alıb.
Qeyd edək ki, üzgüçümüz yarışa məşqçi Yana Xasyanovanın rəhbərliyi ilə yollanıb.


