Rusiya yığmasının üzvü Bakıda Emin Ağalarovun qonağı oldu

Rusiya yığmasının üzvü Bakıda Emin Ağalarovun qonağı oldu

Fiqurlu konkisürmə üzrə Rusiya yığmasının üzvü Veronika Jilina Azərbaycana səfər edib.

"Mediasport" xəbər verir ki, 16 yaşlı idmançı ölkəmizə iş adamı Emin Ağalarovun dəvəti ilə gəlib.

Ağalarov bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

Veronika prodüser Yana Rudkovskaya ilə birlikdə "Sea Breeze"də qonaq olub.

Qeyd edək ki, Rusiyada məşqisi tərəfindən təcavüzə məruz qaldığı üçün gələn mövsümdən Azərbaycan millisində çıxış edəcəyi gözlənilən idmançının yığmamızda debütü baş tutmaya bilər.

Rusiya Fiqurlu Konkisürmə Federasiyasının rəhbəri Anton Sixarulidze Jilinanın Azərbaycan yığmasına keçidinin təsdiqlənməyəcəyini açıqlayıb.