Dünya çempionu və Çempionlar Liqasının qalibi Qəbələdən danışdı

Dünya çempionu və Çempionlar Liqasının qalibi Qəbələdən danışdı

Qəbələdə təlim-məşq toplanışında olan Qətərin 2-ci liqa klubu "Əl Xaraitiyat"ın üzvü, dünya çempionu və UEFA Çempionlar Liqasının qalibi Presnel Kimpembe "Qəbələ"nin mətbuat xidmətinə açıqlama verib.

"Mediasport" xəbər verir ki, Fransa milli komandası və PSJ-nin keçmiş müdafiəçisi hazırlıq prosesindən danışıb.

30 yaşlı futbolçu Qəbələ ilə bağlı təəssüratlarını bölüşüb, şəraitin yaxşı olduğunu vurğulayıb:

"Hazırlıq yaxşı gedir. Məşq meydançalarının vəziyyəti çox yaxşıdır. Daha əvvəl burada olmamışdım.

Bu, Qəbələyə ilk səfərimdir. Bura gələnə qədər Qəbələ haqqında geniş məlumatım yox idi.

Burada hər yer bir-birinə yaxındır. Oteldən məşq meydançasına cəmi bir dəqiqəyə çatırıq.

Bu da bizə rahat şəkildə hazırlıq keçməyə və bütün diqqətimizi məşqlərə yönəltməyə imkan verir".

Qeyd edək ki, Kimpembe 2013-2025-ci illərdə PSJ-də çıxış edib, FRansa yığmasının heyətində 28 oyun keçirib.