2026-cı ilin ən yaxşısı olmağa namizədlərin yekun siyahısı
Afrika Futbol Konfederasiyası (CAF) 2026-cı ilin ən yaxşı futbolçusu mükafatı uğrunda mübarizəni davam etdirən beş oyunçunun adını açıqlayıb.
"Mediasport" xəbər verir ki, siyahıya Mərakeşdən üç, Seneqaldan isə iki futbolçu daxil edilib.
Namizədlər PSJ-dən Əşrəf Hakimi, Madrid "Real"ından Brahim Dias, "Bayern"dən İsmael Saybari, "Vilyarreal"dan Pap Qeye və "Əl Nəsr"dən Sadio Manedir.
Xatırladaq ki, ötən ilin qalibi Əşrəf Hakimi seçilib.
Budəfəki mükafatın sahibi dekabrın 2-də bəlli olacaq.

