"Turan Tovuz"da yeni müqavilə
"Turan Tovuz" İbrahima Vaci ilə müqaviləni yeniləyib.
"Mediasport" xəbər verir ki, qərb təmsilçisi hücumçu ilə 1+1 illik yeni sözləşmə imzalayıb.
O, 2025/2026 mövsümündə "Turan Tovuz"un heyətində ümumilikdə 30 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.


