Tofiq Bəhramov stadionunda növbəti anşlaq: 28 min bilet satılıb

Tofiq Bəhramov stadionunda növbəti anşlaq: 28 min bilet satılıb

Dekabrın 10-da Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayaks" oyununa satılmış bilet sayı açıqlanıb.

"Mediasport" xəbər verir ki, satışa çıxarılmış biletlərdən 27 650-si artıq alınıb.

Bilet satışı davam edir. Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 AZN təşkil edir.

VIP sektorlar üçün 200, 250, 300 və 400 AZN, VVIP sektorlar üçünsə 1000 AZN ödəmək lazımdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşləri iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Matç saat 21:45-də start götürəcək.