"Neftçi"nin üzvü Surinama gedir

 "Neftçi"nin üzvü Surinama gedir

"Neftçi"nin hücumçusu Denzel Jubitana Surinam milli komandasına dəvət olunub.

"Mediasport" xəbər verir ki, 27 yaşlı futbolçunun komandası Mərkəzi Amerika zonasının Millətlər Liqasında oyunlar keçirəcək.

Surinam yığması Honduras (26 sentyabr), Martinika (29 sentyabr) və Qvatemala ilə (3, 6 oktyabr) qarşılaşacaq.

Qeyd edək ki, Denzel Jubitana 28 avqust tarixində "Neftçi"yə qoşulub. O, "ağ-qaralar"ın heyətində 1 rəsmi matçda meydana çıxıb.