Sabiq "Qarabağ"lı futbola qayıtdı - Müdafiəçi 4-cü Liqada oynayacaq

Sabiq "Qarabağ"lı futbola qayıtdı - Müdafiəçi 4-cü Liqada oynayacaq

201-2019-cu illərdə “Qarabağ”da oynamış Yakub Jezniçak futbolçu karyerasını bərpa edib.

"Mediasport" xəbər verir ki, bir müddətdir MMA döyüşü ilə məşğul olan 39 yaşlı müdafiəçi vətəni Polşada çıxış edəcək.

O, aşağı liqa təmsilçisi “Stal"la mövsümün sonunadək müqavilə bağlayıb. Krasnik təmsilçisi 4-cü liqada liderdir.

Təcrübəli müdafiəçi Ağdam klubunun heyətində 25 oyun keçirib, 1 qol vurub.