Ronaldu İspaniya klubunun səhmlərinin 25 faizini satın aldı

Ronaldu İspaniya klubunun səhmlərinin 25 faizini satın aldı

Dünya futbolunun canlı əfsanəsi Kriştianu Ronaldu İspaniyanın "Almeriya" klubunun səhmlərini alıb.

"Mediasport" xəbər verir ki, portuqaliyalı superulduz özünün şirkəti - "CR7 Sports Investments"in vasitəsilə klubun 25 faiz səhmlərinin sahibi olub.

Bu barədə əndəlüslərin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 41 yaşlı hücumçuya İspaniyadan çox təklif olsa da, üstünlüyü "Almeriya"ya verib.

Onun "Almeriya"dan səhm almasına əsas səbəblərdən biri kimi klubun Səudiyyə Ərəbistanının "SMC Group" şirkəti tərəfindən idarə olunması və kompaniyanın rəhbəri Məhəmməd Əl Xereiji ilə dostluq əlaqələrinin olması göstərilir.

Xatırladaq ki, komanda 2-ci La Liqada 27 turdan sonra 48 xalla 3-cü pillədə qərarlaşıb.