"Qarabağ" - “Şəfa" qarşılaşmasının biletləri 5 manatdan satışa çıxarıldı
Sentyabrın 18-də Premyer Liqanın VI turu çərçivəsində keçiriləcək "Qarabağ" - “Şəfa" oyununun biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5–20 manat aralığındadır.
Azarkeşlər biletləri iTicket.az-da onlayn əldə edə bilərlər.
Oyun günü isə biletlər stadionun kassalarından və ya iTicket.az-da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 19:45-də start götürəcək.

