Şamo Kamilov Polşada dünya çempionu adını qazandı

 Şamo Kamilov Polşada dünya çempionu adını qazandı

Polşanın Bielsko-Biala şəhərində kadetlər, gənclər və U-21-lər arasında karate üzrə 14-cü dünya çempionatı keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçiləri Dünya Karate Federasiyasının təşkil etdiyi yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

70 kq çəki dərəcəsində yarışan Şamo Kamilov (U-16) çempion olub.

Vüsal Qənbərov (U-18, 55 kq) gümüş, Rəsul Qənbərli (U-16, 52 kq), Nurlan Əlimuradov (U-16, 70 kq) və Rəşid Süleymanov (U-21, 75 kq) bürünc medal əldə ediblər.

Dünya birinciliyinə 114 ölkədən 2000-dən çox idmançı qatılıb.