Frankfurtda 5 idmançımız yarışacaq - Avropa çempionatı
22-24 may tarixlərində Almaniyanın Frankfurt şəhərində Parakarate üzrə Avropa çempionatı keçiriləcək.
"Mediasport" xəbər verir ki, Azərbaycanı turnirdə 5 idmabnçı təmsil edəcək.
K30 kateqoriyası üzrə Vidadi Xalıqov və Eldar Əhmədov, K10 kateqoriyasında Fərrux Qaybaliyev və Aysel Əhmədli, K22 kateqoriyasında isə Ercan Aslan gücünü sınayacaq.
Milli komandamızı yarışa baş məşqçi Rənad Əliyev çıxaracaq.


