Şahdağa yollanan litvalı 2000 metr hündürlükdə meydança tapdı

Şahdağa yollanan litvalı 2000 metr hündürlükdə meydança tapdı

“Sabah”ının baş məşqçisi Valdas Dambrauskas Premyer Liqada yaranmış fasilədən istifadə edərək səfərə çıxıb.

"Mediasport" xəbər verir ki, litvalı xanımı ilə birlikdə Azərbaycanın bölgələrini gəzib.

Bu haqda sosial şəbəkə hesabında paylaşım edən Dambrauskas xüsusən Şahdağda maraqlı hadisələrlə qarşılaşıb:

"Şahdağ dağlarında necə də gözəl bir gün! Gəzinti və möhtəşəm mənzərələrdən zövq almaq...

Bu cür yerlərdə futbol qapıları görməyi gözləməzsiniz. Onlara çatmaq praktik olaraq mümkün deyil və bəli, onlar oradadır!

Təxminən 2000 metr hündürlükdə. Bu idman növünün, futbolun nə qədər güclü olduğuna və bütün dünyada insanlar üçün nə qədər vacib olduğuna heyran qalmağımdan heç vaxt əl çəkmirəm!

Bu oyuna xidmət etdiyim üçün xoşbəxtəm".