"Çempionatın sonuna yaxın çox vacib 3 xal əldə etdik" - Berdiyev
"Çox çətin və vacib qələbə qazandıq. İkinci hissədə göstərdikləri oyuna görə futbolçularıma təşəkkür edirəm. Çempionatın sonuna yaxın çox vacib 3 xal əldə etdik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 28-ci turunun "Araz-Naxçıvan"la oyunu haqda təəssüratlarını bölüşüb.
Xatırladaq ki, qərb təmsilçisi səfərdə 3:0 hesablı qələbə qazanaraq 55 xalla turnir cədvəlinin 3-cü pilləsindəki mövqeyini möhkəmləndirib.
