"Şamaxı" Qəbələdə "Kəpəz"in qapısından 6 top keçirdi

 "Şamaxı" Qəbələdə "Kəpəz"in qapısından 6 top keçirdi

Yeni mövsümə hazırlaşan "Şamaxı" yoxlama matçında "Kəpəz"lə qarşılaşıb.

"Mediasport" xəbər evrir ki, Qəbələ şəhər stadionunda reallaşan görüş Ayxan Abbasovun komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:1.

"Şirlər"in heyətində Kərim Rossi, Abdullah Şuaybu, Emil Süleymanov, Rikardo Apolinario və Balau (2) fərqləniblər.

Gəncə təmsilçisinin yeganə qolunu Fərid Kələntərov vurub.