Qismət Alıyev 150 oyun keçirən 62-ci futbolçu kimi tarixə düşdü

Qismət Alıyev 150 oyun keçirən 62-ci futbolçu kimi tarixə düşdü

Azərbaycan Premyer Liqasının 5-ci turu “Zirə”nin futbolçusu Qismət Alıyev üçün əlamətdar olub.

"Mediasport" xəbər verir ki, müdafiəçi paytaxt təmsilçisinin heyətində 150-ci çempionat oyununu keçirib. 

Yubileyi “Şamaxı” ilə görüşə (2:1) təsadüf edən Alıyev 150 oyunda 12 qola imza atıb.

Qismətin klubdakı debütü 2020/21 mövsümündə baş tutub. O, 2020-ci il oktyabrın 18-də “Sumqayıt”la səfər qarşılaşmasında (1:2) 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Qismət Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 150 oyun keçirən 62-ci futbolçu kimi düşüb.