Teymur Rəcəbov Bakıda Luis Hemilton və Şarl Leklerlə görüşdü

Azərbaycanlı məşhur şahmatçı Teymur Rəcəbov Bakıda keçiriləcək Qran-pri öncəsi "Formula 1" pilotları Şarl Lekler və Luis Hemiltonla görüşüb.
"Mediasport" xəbər verir ki, qrossmeyster bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Rəcəbov “Ferrari” komandasının məşhur üzvləri ilə şahmat oynayıb.
Qeyd edək ki, Rəcəbov, həmçinin pilotlara üzərində şahmat taxtasının rəsmi olan xalça hədiyyə verib.