Azər Bağırov daha bir futbolçunu "Kəpəz"dən göndərdi - RƏSMİ
Kəpəz"də növbəti ayrılıq reallaşıb.
"Mediasport" xəbər verir ki, Gəncə klubu köhnə-yeni baş məşqçi Azər Bağırovun qayıdışından sonra Vitor Feijao ilə də yollarını ayırıb.
Razılaşmaya əsasən, braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Feijao komandaya mövsümün əvvəlində cəlb olunmuşdu. O, Premyer Liqada 9 oyuna çıxıb və 1 qol vurub.
Xatırladaq ki, "sarı-göylər" ötən ayın sonlarında Otar Aptsiauri ilə də vidalaşıblar.

