"Turan" yeni məşqçilər gətirdi

 "Turan" yeni məşqçilər gətirdi

"Turan" voleybol komandasına yeni məşqçilər cəlb olunub.

"Mediasport" xəbər verir ki, baş məşqçi Ziya Rəcəbovun korpusuna beş mütəxəssis çalışacaq.

Savalan Şahbazov ilə Kənan Mustafayev məşqçi, Rəvan Hüseynli köməkçi məşqçi, Sinisa Popek fitness məşqçisi, Faruk Kaymak isə statist olub.

Xatırladaq ki, "Turan" Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" kollektivi ilə üz-üzə gələcək. İlk qarşılaşma 20-22 oktyabrda evdə, cavab matçı 27-29 oktyabrda səfərdə baş tutacaq.