11-ci turun bütün matçlarında "quru hesab"lar qeydə alındı

11-ci turun bütün matçlarında "quru hesab"lar qeydə alındı

Kişi voleybolçular arasında Yüksək Liqada XI turun oyunları baş tutub.

"Mediasport" xəbər verir ki, turun bütün görüşləri bu gün keçirilib.

Hər üç qarşılaşmada "quru hesab"lar qeydə alınıb.

Növbəti turun matçları fevralın 25-də reallaşacaq.


Yüksək Liqa. 11-ci tur


“Murov Az Terminal” - MOİK 3:0 (25:15, 25:16, 25:7)

“Gənclər” - “Xilasedici” 0:3 (10:25, 21:25, 20:25)

“Neftçi” - “Azərreyl” 0:3 (22:25, 20:25, 19:25)