Çelenc Kuboku: Kəmalə Əsgərova 1/8 final oyununa təyinat aldı
Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, qadın voleybolçuların Çelenc Kubokunun 1/8 final mərhələsində iş başında olacaq.
Əsgərova “Srvena Zvezda” (Serbiya) - “Holte” (Danimarka) qarşılaşmasında ikinci hakim funksiyasını icra edəcək.
Oyun yanvarın 15-də Belqradda baş tutacaq.
