Gəncə klubunda ayrılıq oldu - Legionerlərdən 3-nü yola saldılar

 Gəncə klubunda ayrılıq oldu - Legionerlərdən 3-nü yola saldılar

"Gəncə" voleybol klubu üç voleybolçusu ilə yolları ayırıb.

Bu barədə "Mediasport"a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Yüksək Liqa komandası Aysu Elveren, Şaron Çepçumba Kiprono və Hayat Matukla vidalaşıb.

Xatırladaq ki, qərblilər son mövsümü bürünc medalla başa vurublar.