Yığmamız Avropa Liqasına hazırlığı Belarusda davam etdirəcək

 Yığmamız Avropa Liqasına hazırlığı Belarusda davam etdirəcək

"Fiziki hazırlıq üzərində çalışırıq. Milliyə 17 voleybolçu dəvət olunub. Onlardan 4-ü gənc oyunçulardır".

"Mediasport" xəbər verir ki, bu sözləri bu sözləri kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Boris Qrebennikov deyib.

Mütəxəssis milli komanda əhvali-ruhiyyənin çox yaxşı olduğunu söyləyib:

"Bakıda keçirilən məşqlərdən sonra hazırlığımızı Belarusda davam etdirəcəyik. Orada da təlim-məşq toplanışımız olacaq. Daha sonra isə İsveçdə məşqlərə başlayacağıq".

Azərbaycan milli komandası iyunun 6-da İsveçdə keçiriləcək Avropa Liqasında mübarizə aparacaq.

Yığmamız öncə Yunanıstan və İsveçlə, növbəti raundda isə Rumıniya və İspaniya ilə qarşılaşacaq.

Ölkəmizdə baş tutacaq mərhələdə rəqiblərimiz Macarıstan və Portuqaliya olacaq.