"Qarabağ"la matçda 3 xal bizimçün çox vacib idi" - Skott Maktominey
“Matça yaxşı başlamasaq da, ikinci hissədə daha üstün oynayaraq istədiyimiz nəticəni əldə etdik. Fikrimcə, daha çox qol vura bilərdik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Napoli"nin futbolçusu Skott Maktominey deyib.
28 yaşlı şotland yarımmüdafiəçi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Qarabağ"la 5-ci tur oyununu dəyərləndirib.
İtaliya təmsilçisinin üzvü daha çox qol vurmaq imkanlarının olduğunu qeyd edib:
"Fərqləndiyim üçün şanslıyam, ancaq məqsədim komandam üçün daha faydalı olmaqdır. "Qarabağ"la oyunda 3 xal bizimçün çox vacib idi".
Xatırladaq ki, Neapolda meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə ilk qolu Maktominey vurub.
