Xocalı faciəsindən 33 il ötür!

Bu gün Azərbaycanın qan yaddaşlarından Xocalı faciəsinin ildönümüdür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayı Azərbaycanın Xocalı şəhəri işğal edərək soyqırımı törədib.
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində şəhərin 2500-dən çox sakini didərgin düşüb.
Erməni təcavüzkarlarının törətdiyi faciə zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəhər sakini öldürülüb, 1275 dinc sakin əsir götürülüb.
Əsir götürülmüş şəxslərdən 150 nəfərin taleyi hələ də məlum deyil.
Ümumilikdə 475 nəfər şikəst olub, 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib.
Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" abidəsi ucaldılıb.