"Neftçi" Bayıl stadionunda matça xüsusi dizaynlı formalarla çıxdı

"Neftçi" Premyer Liqanın 27-ci turunun "Səbail"lə görüşünə xüsusi hazırlaşıb.
"Mediasport" xəbər verir ki, paytaxt klubu Bayıl stadionunda keçirilən oyuna fərqli dizaynlı formalarla çıxıb.
"Ağ-qaralar"ın 88 illiyi münasibətilə xüsusi məşq və matç formaları hazırlanıb.
Komandanın oyun formalarının rəqəmlərində "Neftçi"nin tarixini əks etdirən cizgilər yer alıb.
Qeyd edək ki, Bakı təmsilçisinin əsası 1937-ci il martın 18-də qoyulub.