AVF rəsmisi Qızıl Avropa Liqası oyunlarına təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən kişi voleybolçular arasında Qızıl Avropa Liqası oyunlarına təyinat alıb.
"Mediasport" xəbər verir ki, İsmayılova iyunun 6-8-də Rumıniyanın Mioveni şəhərində keçiriləcək ikinci turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Ev sahibi ilə yanaşı, Monteneqro və Latviya komandaları mübarizə aparacaqlar.