“Avropa Liqasında rəqiblərimiz kifayət qədər güclüdür” - Qasımov

“Avropa Liqasında rəqiblərimiz kifayət qədər güclüdür” - Qasımov

“Komandada ab-hava yaxşıdır, bu il heyətdə daha gənc oyunçularımız var. Onlar ölkə çempionatında yaxşı təsir bağışlamışdılar, məşqlərdə də özlərini yaxşı tərəfdən göstərirlər".

"Mediasport" xəbər verir ki, bu sözləri kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nihad Qasımov deyib.

Libero yığmamızın Avropa Liqasına hazırlıq prosesi və qarşıdakı rəqiblərlə bağlı fikirlərini bölüşüb:

“Avropa Liqasında rəqiblərimiz kifayət qədər güclüdür. İlk olaraq İsveçdə İsveç və Yunanıstan milliləri ilə görüşəcəyik, hər iki komanda güclü heyətə malikdir.

İkinci turda Rumıniyada rəqiblərimiz meydan sahibi və İspaniya olacaq. Xüsusilə İspaniya millisi təcrübəli oyunçulardan ibarətdir, onların arasında İtaliya çempionatında çıxış edən oyunçular da var.

Daha sonra isə Bakıda Macarıstan və Portuqaliya ilə qarşılaşacağıq. Bakıda oynamaq hər zaman gözəldir, doğma meydanda, öz azarkeşlərimizlə birlikdə.

Biz keçən il də Macarıstan ilə Bakıda qarşılaşmışdıq və kifayət qədər maraqlı oyun olmuşdu. Bu il də yaxşı oyun göstərib bacardığımız qədər uğurlu nəticə əldə etməyə çalışacağıq”.