Azərbaycan millisi İslamiadanın finalında da Türkiyəyə uduzdu

 Azərbaycan millisi İslamiadanın finalında da Türkiyəyə uduzdu

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında qadınların voleybol yarışı yekunlaşıb.

"Mediasport" xəbər verir ki, finala vəsiqə qazanmış Azərbaycan milli komandası gümüş medalla kifayətlənib.

Faiq Qarayevin başçılıq etdiyi yığma həlledici dueldə Türkiyə seçməsinə uduzub - 0:3.

Xatırladaq ki, komandamız qrup mərhələsində də Türkiyə voleybolçularına eyni hesabla məğlub olmuşdu.