UEFA Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri məlum oldu
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə UEFA Millətlər Liqasında rəqibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda C Liqasının 2-ci qrupunda mübarizə aparacaq.
Yığmamızın rəqibləri Latviya, Gürcüstan və Lixtenşteyn kollektivləri olacaqlar.
Qrup mərhələsinin görüşləri ev-səfər prinsipi ilə dairəvi sistemdə keçiriləcək.
1-ci və 2-ci turların qarşılaşmaları 2027-ci il fevralın 23-dən martın 6-dək, 3-cü və 4-cü turların matçları aprelin 13-dən 24-dək, 5-ci və 6-cı turların görüşləri isə iyunun 7-dən 15-dək baş tutacaq.
A Liqasının 4 qrup qalibi final mərhələsinə vəsiqə əldə edəcək.

