Yığma komandamız Avropa çempionatına İzmirdə hazırlaşacaq

 Yığma komandamız Avropa çempionatına İzmirdə hazırlaşacaq

Voleybolçu qızlardan ibarət U-20 Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək.

"Mediasport" xəbər verir ki, Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edəcək millimiz hazırlıq məqsədilə İzmirə yola düşüb.

Oktyabrın 11-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığmamız yerli klublarla bir neçə yoxlama oyunu da keçirəcək.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Gökhan Edman hazırlıq prosesinə 14 voleybolçu dəvət edib.