Azərbaycan kişi və qadınların reytinq siyahısında liderdir

 Azərbaycan kişi və qadınların reytinq siyahısında liderdir

Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların reytinq siyahısını açıqlayıb.

Mediasport.com.az xəbər verir ki, Azərbaycanın qadın və kişi komandaları sıralamada birinci pillədə qərarlaşıblar.

Kişilərdən ibarət "Murov az Terminal" və "Azərreyl" hesabına Azərbaycanın aktivində 90 xal var.

"Azərreyl"in qadın komandası isə ölkəmizə 75 xal qazandırmaqla liderdir.

Xatırladaq ki, “Murov Az Terminal” 2023-cü ildə kişilərin yarışında, "Azərreyl" isə ötən il həm qadın, həm də kişi komandaları arasında Avropa Kubokunun qalibi olublar.