Avropa çempionatında pley-off: Millimiz Türkiyə yığmasına qarşı

Avropa çempionatında pley-off: Millimiz Türkiyə yığmasına qarşı

Qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatında pley-off oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 1/8 finalda Türkiyə millisinin qonağı olacaq.

İstanbuldakı "Sinan Erdem" idman zalında baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, komandamız Bakıda reallaşan C qrupunun matçlarında 3-cü olaraq pley-offa yüksəlib, Türkiyə seçməsi isə A qrupunda ikinci yeri tutub.